Samsung şaquli tozsoranının toz qabını necə təmizləmək olar

Son yeniləmə tarixi : 03-11-2026

Tozsoranın toz qabını bu hallarda təmizləmək lazımdır:

  • doluluq göstəricisi yanıbsa,
  • zibil maksimum dolma işarəsinə çatıbsa,
  • sorma gücü zəifləyibsə.
Zibilin toz qabından boşaldılması

Qeyd: 

Sizin tozsoranınız məqalədəki şəkillərdən fərqli görünə bilər. Öz modelinizdə addımların ardıcıllığını və hissələrin harada yerləşdiyini İstifadəçi təlimatında yoxlaya bilərsiniz. Təlimatı Təlimatlar & yükləmələr bölməsindən yükləyə bilərsiniz.

1 Tozsoranı elektrik şəbəkəsindən ayırın.
2 Toz qabını çıxarmaq üçün tozsoranın korpusundakı düyməni basın.
Toz qabını çıxarın
3 Toz qabını sökün: qapağını çıxarın, filtrləri götürün.
Tozsoranın modelindən asılı olaraq toz qabının görünüşü və içindəki hissələr fərqli ola bilər.
Toz qabını sökün
4 Qabdakı zibili boşaldın.
Zibili boşaldın
5 Filtri çıxarın və içindəki zibili boşaldın.
Filtri çıxarın
6 Toz qabının içini fırça ilə təmizləyin.
Toz qabının içini fırça ilə təmizləyin
7 Toz qabının hissələrini suya qoyun və 30 dəqiqə saxlayın. Sonra çirki yuyub təmizləyin.
Toz qabının hissələrini suya qoyun
8 Qabı və filtrləri yaxşı havalanan, birbaşa günəş düşməyən yerdə qurudun.
Toz qabını qurudun
9 Filtri toz qabının içinə taxın.
Filtri taxın
9 Toz qabını tam yığın.
Toz qabını yığın
10 Toz qabını tozsorana taxın.
Tozsoran yenidən istifadəyə hazırdır.
Toz qabını tozsorana taxın

Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilib və yoxlanılıb.

Şərhiniz üçün təşəkkür edirik!